Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən "Sum Modern Dental Clinic”də bıçaqlanma hadisəsi qeydə alınıb.Stomatoloji poliklinikanın həkimi Pərviz İbrahimov baş həkim Şahin Baxşəliyevi bıçaqlayıb.
Oxu24.com xəbər verir ki, Unikal.org-a Şahin Baxşəliyevin ailə üzvlərinin verdiyi məlumata görə, baş həkimin böyrəyi çıxarılıb:
" Şahin Baxşəliyev Sumqayıt şəhərində "Şəfqət" klinikasında müayinə olunandan sonra məlum olub ki, onun böyrəyi də zədələnib. Bundan sonra o Bakıda yerləşən özəl klinikalardan birinə yerləşdirilib və onun böyrəyi çıxarılıb. Hazırda onun həyatı təhlükəsi qalır. Çünki onun qanında laxtalanma var. Ona qan köçürülüb. Vəziyyəti ağır olaraq qalır, təzyiqi yuxarıdır". Oxu24.com
ŞƏRHLƏR