İndoneziyada növbəti güclü zəlzələ baş verib.
Bu barədə İndoneziya Milli Meteorologiya, Klimatologiya və Geofizika İdarəsinə və Təbii Fəlakətlərə Qarşı Mübarizə İdarəsinə istinadla "The Straits Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına əsasən, bir nəfər Lebak dairəsində ölüb, dörd nəfər isə Yava adasının Sukabami və Pandeqlanq dairələrində xəsarət alıb. Bundan əlavə, Banten və Qərbi Yava əyalətlərində 113 tikili dağılıb. Zəlzələdən sonra on mindən çox insan Lampunq əyalətinə gedib.
Xatırladaq ki, Avropa Aralıq Dənizi Seysmoloji Agentliyinin yaydığı məlumata əsasən, İndoneziyanın Sumatra adası sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Oxu24.com
ŞƏRHLƏR