Şabranda qidadan zəhərlənənlərin 15 nəfəri rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Tibb müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, zəhərlənənlərdən bir nəfəri reanimasiya, qalanları isə yoluxucu xəstəliklər şöbəsində müalicə olunur.
Xəstələrin mədələri yuyulub və müvafiq tibbi yardım göstərilib. Vəziyyəti yüngül olanlar ilkin tibbi müayinədən sonra evə buraxılıblar. Hazırda xəstəxanada müalicəsini davam etdirən şəxslərin vəziyyətləri sabitdir.
Qeyd edək ki, son iki gündə Şabran Rayon Mərkəzi Xəstəxanasına 20 nəfərdən çox rayon sakini qida zəhərlənməsi diaqnozu ilə müraciət edib. İlkin ehtimala görə, həmin şəxslər doğum günü mərasimində yedikləri tortdan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR