Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı həkim axtarışa verildi - İnsan alverinə görə

2019-08/1564677667_775241.jpg

KRİMİNAL

945

01.08.2019, 20:40

\"\" Gürcüstanda fəaliyyət göstərən \"Lanset\" klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat \"İnterpol\"un rəsmi saytında yerləşdirilib. İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir. Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu \"İnterpol\" xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb. \"Ceyranlı Fərman Cahan oğlu - 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. \"İnterpol\" kanalları ilə beynəlxalq axtarışdadır\",- deyə rəsmi məlumatda qeyd olunur. Qeyd edək ki, adıçəkilən şəxs iki il öncə Gürcüstanda \"Lanset\" klinikasında baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib. Ona 6 il həbs cəzası verilib, ötən il isə cəzası 2 il 3 ayadək azaldılıb. Onun cəzası 2019-cu ilin avqustunda başa çatır.