Qaynar xətt:

(+99450) 247 90 86

Qubada toy karvanında yol qəzası olub, 6 nəfər xəsarət alıb + ADLAR

2019-08/1564663606_1234622.jpg

KRİMİNAL

953

01.08.2019, 16:43

\"\" Quba rayonunda toy karvanı qəzaya düşüb.
Oxu24.com bildirir ki, olay rayonun Qələdüz kəndi ərazisində qeydə alınıb. Toy karvanında gedən “Niva” markalı avtomobil qarşıdan gələn minik avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb. Onlar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslər - Qubanın Üçgün kənd sakinləri 1966- cı il təvəllüdlü Qənbər Babayev, 1966-cı il təvəllüdlü Sahibə Babayeva,  Küpçal kənd sakinləri Sənubər Səfərova, 1984-cü il təvəllüdlü Alim Qədirov, Qələdüz kənd sakinləri Təranə Əlixanova, 1992-cı il təvəllüdlü Əlimirzəyev Tərlandır. S.Babayeva ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 5 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.