Almaniyanın Frankfurt şəhərindəki dəmiryolu vağzalında 8 yaşlı uşaq sürət qatarının altında qalaraq ölüb. Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, onu qatarın relslərinə itələyən 40 yaşlı Eritreya vətəndaşı hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. İnsidentin baş verdiyi yerdəki şahidlər bildiriblər ki, cinayətkar əvvəlcə uşağın anasını qatarın altına itələmək istəyib, lakin qadın onun əlindən qurtula bilib. Uşağı qatarın altına atdıqdan sonra şübhəli şəxs onun yanında olan üçüncü şəxsi də relslərin üzərinə itələməyə çalışıb.
İnsidentdən dərhal sonra sürət qatarlarının hərəkəti dayandırılıb. Polisin məlumatına görə, eritreyalı şəxsin törətdiyi cinayətin motivi bəlli deyil, ölən uşağın və onun hadisə yerindən qaçan anasının isə şəxsiyyətini müəyyən etmək üçün miqrasiya idarəsinə sorğu göndərilib. Oxu24.com
ŞƏRHLƏR