Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiyada YANĞIN - 5 azərbaycanlı ÖLDÜ

SON DƏQİQƏ! Rusiyada YANĞIN - 5 azərbaycanlı ÖLDÜ

KRİMİNAL

1282

31.07.2019, 17:41

\"\" Bu gün Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda yerləşən istixanada yanğın baş verib.
Redaktor.az APA-ya istinadən bildirir ki, azərbaycanlı iş adamı Əlibəy Nağıyevə məxsus istixanada baş vermiş yanğın nəticəsində 4 Azərbaycan vətəndaşı və əslən Azərbaycandan olan 1 nəfər Rusiya vətəndaşı ölüb. Tərəvəz məhsullarının yetişdirildiyi istixanadakı yanğının qısaqapanma nəticəsində baş verdiyi bildirilir.
Hadisə gecə saatlarında baş verdiyi üçün ölənlər yatılı vəziyyətdə olublar. Ekspertiza nəticəsində iki nəfərin meyiti tanınıb.