Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16260
az

Azərbaycanda DƏHŞƏTLİ OLAY: gecə saat 2-də 3 nəfəri qana boyadılar

18:2029 İyul, 2019
659
KRİMİNAL
  • A
İyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində “083” adlı çay evində şəhər sakinləri Kənan Quliyev və Razi Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynov, Vüqar İbrahimov və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi faktı ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iş üzrə zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib, cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi götürülüb və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi