Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16254
az

Sirus Qoçqani əməliyyat zamanı ölən xəstənin ailəsinə PUL TƏKLİF ETDİ – EKSKLÜZİV - FOTO

14:3629 İyul, 2019
1901
KRİMİNAL
  • A
Plastik cərrah Sirus Qoçqani həyata keçirdiyi liposaksiya əməliyyatından sonra vəfat edən həkim-ginekoloq Sona Gürgün Vəliyevanın ailəsinə pul təklif edib.

Bu barədə News24.az-a əməliyyat zamanı həyatını itirən Sona Gürgün Vəliyevanın ailəsinin səlahiyyətli nümayəndəsi, ictimai vəkil Samir Zeynalov məlumat verib: “ 29.05.2019-cu il tarixdə Baku Medikal Plazada plastik-estetik cərrah Sirus Qoçqani tərəfindən həyata keçirilən uğursuz liposaksiya əməliyyatının nəticəsində dünyasını dəyişmiş Sona Gürgün Vəliyevanın ailəsinin səlahiyyətli nümayəndəsi olaraq hadisə ilə bağlı yaranmış yeni faktlarla ictimaiyyət mənsublarını, maraqlı şəxsləri tanış etmək istəyirəm. Belə ki, növbəti uğursuz əməliyyata imza atmaqla bir ailəni bədbəxt edən, iki uşağı anasız qoyan, respublikanı yeganə ixtisas baxımından həkimsiz qoyan plastik-estetik cərrah Sirus Qoçqani hadisənin mənəvi zərərini pul vasitəsilə qarşılamaq məqsədilə mərhumə Sona Gürgün Vəliyevanın ailə üzvləri ilə görüşüb. Lakin səhlənkarlığa yol verdiyini bu addımı ilə təsdiq edən həkimin təklifi ağlabatan olmayıb. Sirus Qoçqani yol verdiyi malpraktiks nəticəsində ailəyə dəymiş maddi ziyanı hər aya düşən sabit pul məbləği ilə kredit formatında fiksasiya etmək istəyib. Bu görüşlərdən sonra isə bir daha Sirus Qoçqanidən xəbər almaq mümkün olmayıb. Görünən odur ki, adı çəkilən həkim istər peşə, istərsə də digər xarakterli hərəkətlərinə birmənalı olaraq cavabdeh deyil”.

S.Zeynalov onu da əlavə edib ki, baş vermiş hadisə ilə bağlı Baku Medikal Plazanın plastik-estetik cərrahı Sirus Qoçqani və onun həm köməkçisi, həm də xanımı olan Könül adlı şəxs,  Sona xanıma əməliyyatdan bir müddət öncə liposaksiya əməliyyatı üçün nəzərdə tutulmuş yeni aparatın heç bir həyati risk yaratmadığını, bu aparatla emboliyanın baş vermədiyini, əməliyyatın bu baxımdan tamamilə təhlükəsiz olacağını və hər şeyin uğurla nəticələnəcəyini bildirməklə sonuncuda əminlik hissi yaradıblar: “Bu barədə əldə edilən səs yazıları belə deməyə bizə əsas verir. Qeyd edim ki, liposaksiya əməliyyatı sırf piy emboliyasının baş verməsi hallarına görə riskli əməliyyat sayılır. Əməliyyatla bağlı mərhumə Sona Gürgün Vəliyevanın səhhətində mövcud olan problemlərə dair müayinələrin nəticələri nəzərə alınmadan əməliyyatın icrasına risk edilib.  Əməliyyatın nəticəsi isə qeyd olunduğu kimi bir insanın həyatla vidalaşmasını, bir ailənin isə bədbəxt olmasını şərtləndirib”.

S.Zeynalov hadisə ilə bağlı məhkəməyə müraciət edəcəklərini də bildirib: “Hadisəyə hüquqi qiymətin verilməsi istiqamətində  onu demək istəyirəm  ki,  Baku Medikal Plaza rəhbərliyi tibb müəssisəsi olaraq işçisinin vurduğu mənəvi zərər görə maddi məsuliyyətini etiraf edib, zərəri könüllü olaraq qarşılmaqdan imtina edərsə məhkəmə müstəvisində mülki qaydada klinikaya qarşı mənəvi zərərin ödənilməsinə dair iddia tələbi irəli sürüləcək. Həkim Sirus Qoçqanin barəsində isə  analoji uğursuz əməliyyatlarının bir daha gerçəkləşməməsi üçün cinayət hüququ qaydasında Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  314-cü maddəsi səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və onun barəsində digər ağır nəticələrin yaranması zərərvuran şəxsin 5-ilədək azadlıqdan məhrum edilməsi cəzasını müəyyən edir”.

Vəkilin sözlərinəg örə, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsi cərrahiyyə əməliyyatı nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsinə görə cavabdehdir.

S.Zeynalov sonda onu qeyd edib ki, mərhumə Sona Gürgün Vəliyeva Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

OMD-də dəhşət: Bir gecədə 2 uşaq öldü
Həkim diqqətsizliyi: Xəstə əməliyyat zamanı od tutdu
Sirus Qoçqani əməliyyat zamanı ölən xəstənin ailəsinə PUL TƏKLİF ETDİ – EKSKLÜZİV - FOTO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi