İnternetdə mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun ölümü barədə xəbərlər yayılıb. Saytlardan birinin yaydığı məlumata görə, O.Nadirovun meyiti evinin qarşısında tapılıb. Şayiə xarakterli məlumat sosial şəbəkələrdə də yayılmağa başlayıb.
"Oxu24.com" bildirir ki, musavat.com xəbəri dəqiqləşdirmək üçün xalq artistinin oğlu ilə əlaqə saxlayıb. Nadirov bildirib ki, ölüm xəbərinin yayılması gülüncdür:
"Ölməmişəm, sağam. Haqqımda bu cür xəbərlərin yayılması gülüncdür. Ölüm xəbərimin yayılması barədə danışmaq istəmirəm". Oxu24.com
ŞƏRHLƏR