Tayvanın Hukou şəhərində dəhşətli cinayətin üstü açılıb.
Oxu24.com xəbər verir ki, Li adlı qadın 58 yaşlı həyat yoldaşı Çenin cinsiyyət orqanını kəsib.
Cütlük 1 ay əvvəl boşanıb. Daha sonra qadın iki ildir işsiz olan həyat yoldaşının evli ikən ona xəyanət etdiyini öyrənib. Qisas hissi ilə boğulan Li həyat yoldaşına cinsi əlaqədə olmağı təklif edib və onu evə çağırıb. Beləliklə, həyat yoldaşının cinsi orqanını kəsməyə fürsət tapıb.
Polis Çenin kəsilmiş orqanını tualetdən tapıb.
Qadın olaydan sonra çoxlu yuxu dərmanı qəbul edib. Kişi isə keçmiş həyat yoldaşının qorxusundan tualetdə gizlənib. Daha sonra təcili tibbi yardım çağırıb. O, xəstəxanaya yerləşdirilib və kəsilən orqanı əməliyyatla yerinə tikilib. Lakin həkimlər Çenin əvvəlki kimi olmayacağını bildirib. Oxu24.com
ŞƏRHLƏR