Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda küçədə 5 yaşlı uşaq döyüldü

2019-07/1564218981_1564212123_1560025828_usaq.jpeg

KRİMİNAL

715

27.07.2019, 13:16

\"\" Binəqədi rayonunda iki nəfərin döyülmə faktı qeydə alınıb.
Oxu24.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Elgiz Zeynalov və bacısı 2013-cü il təvəllüdlü Damla Zeynalova küçədə gedərkən orta yaşlı Elgün adlı şəxs tərəfindən döyülüblər.
O, əvvəlcə E.Zeynalovu döyüb. Bununla kifayətlənməyən şəxs 5 yaşlı D.Zeynalovanı da döyərək, ona bədən xəsarətləri yetirib. Hələlik soyadı müəyyən edilməyən Elgün adlı şəxs Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışdadır. Hadisənin nə səbəbdən baş verdiyi dəqiq bilinmir.