Zığ şossesində motosikletlə qəzaya düşərək ölən şəxs Silahlı Qüvvələrin Baş qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Eyvaz Cəfərovun oğlu olub.
Bu barədə eks-müstəntiq Rüfət Səfərov məlumat yayıb. O bildirib ki, Eyvaz Cəfərovun oğlu Eldar Cəfərov ötən il də qəza törədib, nəticədə barmaqları kəsilib.
Əldə etdiyimiz məlumata görə, qəza iyulun 25-də saat 17 radələrində baş verib. Belə ki, generalın oğlu idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, Eyvaz Cəfərov 2017-ci ildə istefaya göndərilib.
***
Xətai rayonunun Zığ şossesində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza iyulun 25-də saat 17 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Eldar Cəfərov idarə etdiyi “Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Oxu24.com
ŞƏRHLƏR