Biləsuvar rayonunda silahlı incident baş verib.
Publika.az xəbər verir ki, iyulun 20-də Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan E.Zeynalov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə oraya gəlmiş Sumqayıt şəhər sakinləri - bibisi oğlu C.Məmmədova və onun dostu N.İsmayılova xəsarət yetirib.
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zeynalov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olan “İJ-27E” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR