Binəqədi Rayon Polis İdarəsi kompleks əməliyyat-profilaktik maarifləndirmə tədbiri həyata keçirib.
Oxu24.com "Yeni Müsavat”a istinadən xəbər verir ki, tədbir çərçivəsində vətəndaşlara ətraf mühitin mühafizəsi, həyat və sağlamlıq məsələləri ilə bağlı izahlar verilib, inzibati xətaya yol verməni vərdişə çevirənlərə cərimələr tətbiq edilib.
Binəqədi rayon Polis İdarəsinin rəhbər heyyətinin iştirakı ilə başlanan tədbir çərçivəsində rayonun əsas küçələrində ümumi görünüşə xələl gətirən, binaların fasadlarında asılan qurutma zivələri ilə bağlı tədbirlər görülüb.
Polis əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfəri saxlayıblar.
Həmin şəxslərlə proflaktik söhbətlər aparılıb, yaşayış yerləri müəyyən olunub, qeydiyyat ünvanları yoxlanılaraq həmin rayonlara qaytarılmaları təmin edilib.
Belə aydın olur ki, avaraçılıq və dilənçiliyi peşəyə çevirən bu şəxslər Binəqədi ərazisində mənzil kirayələyirlər. Heç bir şəraiti olmayan belə mənzillərdə 10-12 avara və dilənçi gecələyir.
Əsasən şərəhərin mərkəzi küçələrinə "yürüş” edib dilənirlər. İşləmək, əziyyətə qatlaşıb pul qazanmaq haqda heç düşünmək belə istəmirlər.
Küçələrə düşüb dilənməkdir peşələrinin adı. Polislərin proflaktik söhbətləri də belə görünür ki, bu adamlara xoş deyil. Naəlac dayanıb söhbətə qulaq asır, tezliklə gəldikləri rayona qaytarılacaqları saatı gözləyirlər. Yenidən Bakıya qayıtmayacaqlarını da kimsə söyləyə bilməz.
Küçələrdə ticarətlə məşğul olanlar da tədbir çərçivəsində maarifləndirici söhbətlərə cəlb olundular.
İzah edildi ki, ticarətlə xüsusi ayrılmış bazarlarda, Kənd Təssərrüfatı Nazirliyinin təşkil etdikləri yarmarkalarda rahat şəkildə məşğul ola bilərlər. 57 belə fakt müəyyən edildi.
Oxu24.com
ŞƏRHLƏR