Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
“İcazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən alınacaq”, - deyə E.Hacıyev qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR