“Oxu24.com” oxu.az-a istinadən xəbər verir ki, hadisə Qızıl Qum Sularda Xilasetmə Məntəqəsindən 700 metr kənarda qeyri-çimərlik ərazisində baş verib.
Ərazidə yerləşən obyektlərin birində ofisiant işləyən Tovuz sakini gənc oğlan dənizdə 5-6 nəfərin boğulduğunu görüb və onları xilas etmək üçün dənizə daxil olub.
Xilasedicilər əraziyə gələn zaman həmin şəxslər xilas olunub, lakin gənc oğlan batıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu ərazidə axtarışlara cəlb olunub. Oxu24.com
ŞƏRHLƏR