Qaynar xətt:

(+99450) 247 90 86

Hacıqabulda qəza: 3 qadın, 1 kişi xəstəxanalıq oldu

2019-07/1563641933_tecili_11.jpg

KRİMİNAL

881

20.07.2019, 20:58

\"\" Bakı-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com Trend-ə istinadən bildirir ki, qəza Hacıqabul ərazisində qeydə alınıb. Minik avtomobili idarəetməni itirərək aşıb. Avtomobildə 3-ü qadın, biri kişi olmaqla 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralananlar ilkin tibbi yardım alırlar. Onların xəsarətləri hələlik tam bəlli deyil. Qəza yerinə DYP əməkdaşları cəlb olunublar, araşdırma aparılır.