Qaynar xətt:

(+99450) 247 90 86

Polis Bakıda kafedə işləyən iki yeniyetmə qızı axtarır

2019-07/1563428434_09-38-26-1563426889_411631272.jpg

KRİMİNAL

1102

18.07.2019, 09:41

\"\"
Bakının Binəqədi rayonunda itkin düşmüş iki qız Binəqədi Rayon Polis İdarəsi tərəfindən axtarılır.
Oxu24.com  APA-ya istinadən xəbər verir ki, 7-ci mikrorayonda, İbrahimpaşa Dadaşov küçəsi 71 ünvanında kafedə işləyən 2002-ci il təvəllüdlü Amina və 2004-cü il təvəllüdlü Elina işlədikləri obyektdən çıxaraq bir daha evə qayıtmayıblar.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu barədə 1980-ci il təvəllüdlü Oksana Vasilyevna müraciət edib və bildirib ki, qızları işdən çıxaraq evə qayıtmayıblar.
Binəqədi rayon Polis İdarəsinin əməkdaşları itkin düşən yeniyetmələrin axtarışına başlayıb