Kürdəmir rayonunda quldurluq hadisəsi baş verib.
Bir qrup şəxs rayon sakini Y.Səmədovu bıçaqla vurub və onun 50 manatını əlindən alıblar.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ucar rayon sakinləri N.Çıqqarov, R.İbrahimov və P.Quliyev saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb. (teleqraf)
Oxu24.com
ŞƏRHLƏR