Qaradağ rayonunun Ələt qəsəbəsində iki nəfər suda boğularaq ölüb.
BAKU.WS xəbər verir ki, 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub.
L. Orucovanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyib. Nəticədə Ə.Orucov da boğulub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təcili yardıma çağırış saat 16.45-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR