Bakı şəhəri, Binəqədi rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib. Regionxeberleri.com Bnew.az-a istinadən xəbər verir ki, Binədəqi qəsəbə sakini Bəxtiyar Rəsulovun idarə etdiyi 90 GR 774 dövlət nömrə nişanlı, "Mitsubishi” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb.
Oxu24.com crimnal.az-a istinadən xəbər verir ki, qəza nəticəsində sürücünün əmisi oğlu Firuddin Rəsulov dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarəti alıb. Həyatını itirən Firuddin Rəsulov avtomobilin şüşəsindən çölə çıxıb və başının asfatla dəyməsi nəticəsində ağır xəsarət alıb. Xəstəxanaya aparılarkən yolda keçinib.
Firudin Rəsulov 08 dekabr 1992-ci ildə Tovuz rayonunda anadan olub. Firuddinə dostları "BABAŞ" deyə müraciət ediblər. 10 yaşından etibarən boksla məşğul olan gənc idmançı qısa zaman kəsiyində böyük uğurlara imza atıb. Babaş nəinki qohumları, həm də dostları arasında öz etibarı, sədaqəti ilə hörmət qazanmış gənc idmançı idi. Oxu24.com
ŞƏRHLƏR