Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda DƏHŞƏT: Öz boğazını kəsdi, xırıltısına arvadı gəldi

Bakıda DƏHŞƏT: Öz boğazını kəsdi, xırıltısına arvadı gəldi

KRİMİNAL

835

16.07.2019, 11:24

\"\"  Bakıda kişi öz boğazını kəsib.
Bu versiyanı Suraxanı rayonunda qeydə alınmış ölüm faktı üzrə yaradılan operativ-istintaq qrupu irəli sürüb.
Məlumatı Oxu.Az-a Suraxanı rayon hüquq-mühafizə orqanlarından veriblər. İlkin məlumata görə, 33 yaşlı Ruslan Telman oğlu Fəhrətov iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar edib. Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin “Boğuluram!” - deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub. R.Fəhrətov iki azyaşlı uşaq atası olub, ikincisi bu yaxınlarda doğulub. O, “8-ci kilometr” bazarında kiçik bizneslə məşğul olub. R.Fəhrətovu belə radikal addım atmağa vadar edən səbəb hələ məlum deyil. Fakt üzrə rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir.