Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.
Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Günün digər xəbərləri: 9 nəfərin öldüyü təyyarə qəzasının görüntüləri yayıldı - Qəza anı+VİDEOAzərbaycanda evə ruh girdi -ŞOK görüntü Oxu24.com
ŞƏRHLƏR