Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdan Qazaxa gedən avtobus qəzaya düşdü:Yaralılar VAR

2019-07/1563256963_10-01-24-145d2d532561ded.jpg

KRİMİNAL

953

16.07.2019, 10:03

\"\"  {banner_reklam}
Yevlaxda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərindəki nəqliyyat körpüsü yaxınlığında baş verib.
Belə ki, Bakı-Gəncə marşrutu ilə işləyən “Ford” markalı sərnişin mikroavtobusu “Opel” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 4 nəfər – Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Alıyev Yusif İsmayıl oğlu, 1973-cü il təvəllüdlü Dadaşova Afaq Fikrət qızı, Tovuz rayon sakinləri, 1975-ci il təvəllüdlü Niyazov Qələndər Cəfər oğlu və 1996-cı il təvəllüdlü Mayılova Səbinə Nüsrət qızı xəsarət alıb. Yaralılar Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Günün digər  xəbərləri: 9 nəfərin öldüyü təyyarə qəzasının görüntüləri yayıldı - Qəza anı+VİDEO Azərbaycanda evə ruh girdi -ŞOK görüntü