Qaynar xətt:

(+99450) 247 90 86

Goranboyda güllələnən şəxs öldü

Goranboyda güllələnən şəxs öldü

KRİMİNAL

1236

13.07.2019, 11:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Dünən Goranboyda baş vermiş silahlı insident nəticəsində güllə yarası alan rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Lətif Xaliq oğlu dünyasını dəyişib.
Oxu24.com  Bakupost.az-a istinadən xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mübahisə edən gəncləri sakitləşdirmək üçün onlara yaxınlaşan polis əməkdaşı Vüsal Kərimovla mühafizə polisi Səfər Həsənovu həmin şəxslər döyüblər. V.Kərimov havaya xəbərdarlıq atəşi açanda güllə Lətif Əhmədovun gözündən dəyib, daha sonra onun qardaşı Təbriz Əhmədov silahı polisdən alaraq V.Kərimovun başına qundağı ilə vuraraq xəsarət yetirib.