Bakının Nərimanov rayonunda özünü yaşadığı binadan atıb öldürən şəxsin kimliyi məlum olub. Offsideplus.az xəbər verir ki, Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur. Bildirilir ki, O.Ağayev idmanla məşğul imiş. O, cüdo üzrə Azərbaycan çempionu olub. O.Ağayev Polis Akademiyasının məzunu imiş. O, Baş Dövlət Yol Polisi İdarəsində işləyirmiş. Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir
Oxu24.com
ŞƏRHLƏR