23 yaşlı stüardessanın hotel otağından cəsədi tapılıb.
Rusiya polisi Moskva hava limanına aid "Vnukovo" hotelindən tapılan cəsədlə bağlı araşdırmalar aparır.
Albina Muxametzyanova adlı 23 yaşlı stüardessanın məşuqəsi tərəfindən boğulduğu iddia olunur. Araşdırmalara görə, onu boğan şəxs cəsədi daha sonra hamama apararaq vannaya salıb.
Cinayəti törədən şəxs diqqət yayındırmaq üçün Albinanın ölümünü suda boğulubmuş kimi səhnələşdirib. Hotel işçilərinin dediyinə görə, stüardessa bir neçə dəfə həmin hotelə 25 yaşlı Nikita E. adlı oğlanla gəlib.
Cütlüyün sosial şəbəkədə tanış olduğu deyilir.
Cinayətlə bağlı araşdırmalar davam etdirilir. (milli.az)
Oxu24.com
ŞƏRHLƏR