Qaynar xətt:

(+99450) 247 90 86

8 nəfərin öldüyü dəhşətli qəzadan FOTOLAR

2019-07/1562652854_bas.jpg

KRİMİNAL

1042

09.07.2019, 10:15

 
Masallıda ağır qəzada həyatını itirən şəxslərin kimliyi məlum olub. Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, ölənlər 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu; 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, Tağıyev Rəşad Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğludur. Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir. Masallıdakı dəhşətli qəzanın təfərrüatı məlum olub. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, “Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb. Dəhşətli qəzada mikroavtobusdan yalnız 24 yaşlı qadın – 1995-ci il təvəllüdlü, Lerik rayonu Kəlvəz kənd sakini Tağıyeva Miranə Atalı qızı yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. “KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib. İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər. {banner_reklam}