Qaynar xətt:

(+99450) 247 90 86

Nəvə nənəsindən oğurluq etdi - Polisə düşdü

Nəvə nənəsindən oğurluq etdi - Polisə düşdü

KRİMİNAL

613

08.07.2019, 15:27

\"\"  Tovuz rayonunda nəvə nənəsindən oğurluq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə nəvəsi N.Paşayev saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi oğurluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib. Faktla bağlı araşdırma aparılır.