Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15399
az

Bakıda naməlum şəxslər evə basqın etdi - Ər öldü, arvadı yaralandı

14:2008 İyul, 2019
989
KRİMİNAL
  • A
 
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Cinayətin qurbanı 1979-cu il təvəllüdlü Sofiyev Araz Knyaz oğlu olub.

Bu barədə Oxu.Az-a Rayon Polis İdarəsindən məlumat verilib.


Məlumata əsasən, iyulun 7-si saat 03:00-da Yeni Günəşli qəsəbəsində yaşayan A.Sofiyevin evinə iki naməlum şəxs basqın edib. Təqsirləndirilən şəxslərin dediyinə görə, evin sahibinin onlara pul borcu olub. Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıblar və evdən çıxarkən A.Sofiyevin həyat yoldaşı Rəna Sofiyevaya da bıçaqla xəsarət yetiriblər. Qadına tibb yardım göstərilib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda dəhşət: 75 yaşlı kişi başı kəsilərək qətlə yetirildi