Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda hosteldə əcnəbi vətəndaşın pulu OĞURLANIB

2019-07/1562574955_polis_yeni_1518511611.jpg

KRİMİNAL

473

08.07.2019, 12:35

\"\"  Bakıda hosteldə əcnəbi vətəndaşın pulu oğurlanıb.
Oxu24.com  \"Report\"a istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.