Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1536
az

Çovdarov məhkəməyə həkimlə gəldi

19:1308 May, 2018
1061
KRİMİNAL
  • A
 Bu gün Bakı Apellyasiya Məhkəməsinsə həbsdə olan MTN generalı Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qasımovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Məhkəmə iclası 50 dəqiqə gec başlayıb. Çovdarov həkim müşayətində zala gətirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

A. Çovdarovun oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsin götürülməsini istəyiblər.

R. Çovdarov qeyd edib ki, onun  evində axtarış aparılan zaman ona məxsus pul götürülüb.

Daha sonra prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib: "Burda bəzi məslələr var ki, dövlət sirri təşkil edir. Ona görə də, kənar şəxslər zaldan çıxarılsın".

Çovdarov da vəsatətin təmin olunmasını istəyib. Vəsatət təmin olunub. Jurnalistlər zaldan çıxarılıb. Məhkəmə qapalı keçirilir.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

***

Müdafiə tərəfinin məhkəmə prosesinin qismən istintaqla aparılması barədə vəstəti təmin edilməyib. Proses mayın 22-də davam etdiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır