Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15334
az

Avtobusda qadının gözləri qarşısında ərini öldürən kişi Ali Məhkəməyə müraciət etdi

18:3806 İyul, 2019
902
KRİMİNAL
  • A
2017-ci ilin dekabrında Cəlilabad rayonunda qətl törətmiş şəxs Ali Məhkəməyə müraciət edib.

Oxu24.com-un news24.az-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilən 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki qərarın dəyişdirilməsini xahiş edib.
Qeyd edək ki, daha əvvəl Ə.Həmzəyev apelyasiya instansiyasına müraciət etsə də, qərar dəyişdirilməyib.

Hadisəyə gəlincə, 2017-ci ilin dekabrın 28-də rayonun 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Uzuntəpə kəndində hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb Ə.Həmzəyevin bacısının həyat yoldaşı (R. Hüseynovun oğlu-red.) ilə münasibətlərinin pozulması olub. Bacısının həyat yoldaşının evinə qayıtmasına R.Hüseynovun mane olduğunu düşünən Əvəz avtobusda onu qətlə yetirib. Hadisə vaxtı Rakif Hüseynovun həyat yoldaşı yanında olub və qətl qadının gözləri qarşısında törədilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“Azərbaycan işi” üzrə məhkəmə      sabah      keçiriləcək