Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda azərbaycanlı avtoritetlər SAXLANILDI

2019-07/1562337269_photo_65974.jpg

KRİMİNAL

675

05.07.2019, 18:36

\"\" Gürcüstanda azərbaycanlıların daxil olduğu 10 kriminal avtoritet saxlanılıb.
Oxu24.com-un apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamentinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqində məlumat verib. O, bildirib ki, saxlanılan şəxslərdən biri Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olmaq istəyərkən həbs edilib.   Saxlanılanların qanuni oğrularla əlaqələrinin olduğu, azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi, həmçinin Batumi, Mestia, Rustavi və Tbilisidə hədə-qorxu və şantajla vətəndaşların pullarını mənimsədikləri bildirilir. Onlardan dördü kriminal aləmlə əlaqəsi olduğunu etiraf edib. Faktla bağlı cinayət işi başlanıb.