Bakı Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Raqif Şıxəliyev barəsindəki hökmdən verilən apellyasiya protest və apellyasiya şikayətinə baxılıb.
"Ölkə.Az" xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə ötən il
Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib. R.Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi R.B (şərti ad və soyad) ilə tanış olub. Daha sonra R.Şıxəliyev həmin şəxsi qadın bilib, cinsi əlaqədə olmaq üçün ona 50 manat pul verib. R.B isə qadın olmadığını ona deyəndən sonra R.Şıxəliyev verdiyi 50 manat pulu geri qaytarmasını istəyib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hadisə yerinə yaxınlıqda olan digər
cinsi azlığın nümayəndələri də gəlib, daha sonra dava başlayıb. R.Şıxəliyev özünü müdafiə edən zaman R.B.-ni yumruqla vurub. Yerə yıxılan R.B-nin başı daşa dəyib. Xəstəxanaya çatdırılan yaralı bir neçə gündən sonra dünyasını dəyişib.
Günün digər xəbərləri: Ərəb turist aeroportda xanım işçini belə döydü - ŞOK kadrlarDəhşətli görüntü: Ehtiyatsızlıqdan toka toxundu, faciə yaşadı+VİDEO
R.Şıxəliyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü maddəsi 124-cü (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilib və 3 il müddətinə azadlıqdan məhrum olunub.
{banner_reklam}
Günün digər xəbəri: Dəhşətli görüntü: Gənc oğlanı soyundurub, küçənin ortasında bu hala saldı-18+VİDEOAzərbaycanda DƏHŞƏTLİ qətlin görüntüsü: Qadını diri-diri quyuda basdırdı- 18+VİDEOTarqovudan şok görüntü: Polis fahişələri belə tutur Oxu24.com
ŞƏRHLƏR