Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15239
az

Terror üçün niyə Gəncə seçilmişdi? - Terrorun baş vermə səbəbinin ŞOK DETALLARI

12:3804 İyul, 2019
693
KRİMİNAL
  • A
 
Keçən il terror aktının törədilməsi üçün Gəncənin seçilməsini təsadüfi saymaq olmaz.

Politoloq Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Gəncə hadisələrinin arxasında kimlərin dayandığına aydınlıq gətirib.

Politoloq bildirib ki, Qərb mətbuatında tanınmış nəşrlər Gəncə ətrafında baş verə biləcək təxribatlarla bağlı xəbərdarlıq edib:

“Elə keçən il, Gəncə hadisələrindən bir ay əvvəl 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşrində müəllifləri Luke Coffey və Efgan Nifti olan “Azərbaycan Qərbə niyə lazımdır” başlıqlı məqalə diqqətimi cəlb etmişdi. Məqalədə Asiyanın həyati əhəmiyyətli enerji resurslarının İran və Rusiyadan keçməməsi üçün təkcə bir yolun olduğuna xüsusilə toxunulurdu. Bu yol-Gəncə keçididir.  Avropa ilə Asiya arasında ticarət və enerji xəttlərinin cəmi 3 ölkə, İran, Rusiya və Azərbaycan vasitəsilə keçildiyini nəzərə alsaq, Gəncə və ətrafının Qərb üçün necə strateji əhəmiyyət daşıdığını anlamaq olar. Məqalədə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğal etməsi nəticəsində Azərbaycandan keçən nəqliyyat dəhlizinin  bir qədər daralması da qeyd edilirdi. Eyni zamanda, Gəncə qapısının cəbhə bölgəsinə yaxın yerləşməsi xüsusilə  vurğulanırdı. Yəni Gəncə yolunun strateji əhəmiyyəti onun həm Xəzər hövzəsinin enerji resurslarının müxtəlif xətlər vasitəsilə Avropaya daşınmasında, həm də nəqliyyat dəhlizi üzərində yerləşməsindədir. Avropa ilə Asiyanı birləşdirəcək yeganə avtoyol məhz Gəncə keçidi  vasitəsilə ola bilər”.

Z. Məmmədov qeyd edib ki, bu məqalənin yayımlanmasından cəmi 1 ay sonra Gəncə şəhərində təxribat törədildi:

“Bu çox maraqlı detaldır. Baş verənlərin təsadüf olub-olmamasını demək çətindir. Ancaq tarixin ayrı-ayrı dövrlərində olduğu kimi, indi də Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən, dövlətimizi zəiflətmək istəyən qüvvələr istər xaricdə, istərsə də daxildə kifayət qədərdir. Bu qruplar müxtəlif ölkələrdən idarə olunaraq üzərimizə şığımaq üçün əlverişli məqam  gözləyirlər. Gəncə hadisələrinin  ildönümü ilə əlaqədar müxtəlif radikal klerikal dairələr tərəfindən idarə olunan saytlarda və sosial şəbəkələrdə yenidən fəallaşma müşahidə edilməkdədir. Həmin səhifə və saytlarda Azərbaycan dövləti açıq-aşkar məzhəb savaşı ilə təhdid edilir, ölkədə əsrlərlə formalaşmış millətlərarası və dinlərarası dostluq mühiti şübhə altına alınır”.

Politoloq vurğulayıb ki, xarici qrupların fəaliyyətinin kordinasiyalı şəkildə olması da göz qabağındadır:

“Məsələn, Yunis Səfərovu açıq şəkildə qəhrəmanlaşdırmaq, sosial şəbəkələr üzərindən “Yunis Səfərov” hərəkatı təşkil etmək təşəbbüsü ilk dəfə Ermənistan xüsusi xidmətlərinə bağlı OTV və onun bədnam rəhbəri Zabil Məhərrəmov (Madoj) tərəfindən gəlib. Z.Məhərrəmov bundan əvvəl Nardaran hadisələri ərəfəsində fəallaşmış, “Kərbübəladır Nardaran”  mətləsi ilə şiə rövzələrinə bənzər radikal çağırışlar ehtiva edən şeirlər yazaraq Azərbaycanın talışəsilli vətəndaşlarını da bu üsyana qoşulmağa dəvət etmişdi. Digər bir misal. Taleh Bağırzadənin hara qulluq etməsi hər kəsə məlumdur. Eyni zamanda o da məlumdur ki, bu yaxınlarda Ermənistanda keçirilmiş elmi konfransda Taleh Bağırzadəni Azərbaycanda “yaşıl inqilab”ın lideri elan etmişdilər. Yəni diqqəti islam axınlarının antaqonizmində cəmləmək və Azərbaycanda islamın hansısa məzhəbinin sıxışdırılmasını iddia etmək ermənilərin “nəyinə lazımdır”? Talehdən əvvəl qondarma qəhrəmanlar siyahısında Əlikram Hümbətov və Fəxrəddin Abbaszadə kimi separatçılar da var idi”.

Z. Məmmədov hesab edir ki, bəzən içi özümüzkülərdən olanlar həmin dairələrin “peşka”sına çevrilərək vətənə xainlik edirlər:

“Azərbaycanda “demokratiya” və “insan haqları” adı altında “müxalif qruplar”, “radikal müxalifətin” bəzi nümayındələri öz cılız məqsədlərinə nail olmaq, yeni maliyyə imkanları əldə etmək üçün istənilən xarici qüvvənin əlaltısına çevrilməyə hazırdırlar. Amma, Azərbaycanı Suriyaya, İraqa, Liviyaya çevirmək onlara müyəssər olmayacaq. Çünki, Azərbaycan xalqının başında onun Prezidenti dayanır. ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Aİ kimi beynəlxalq aktorların maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq subyektinə (obyektinə deyil) çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müyəssər olmur.

Xatırladaq ki, Gəncə hadisələrindən bir il ötür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi