DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
771
01.02.2026, 10:03
Rusiyanın Orenburq vilayətinin Lenin rayon məhkəməsi 39 yaşlı “qanuni oğru” Zaur Şipilov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması məsələsinə baxıb.
Lent.az xəbər verir ki, kriminal aləmdə “Zaur Naxçıvanski” ləqəbi ilə tanınan Şipilovun barəsində məhkəmənin 29 yanvar tarixli qərarı ilə həbs müddəti 15 mart 2026-cı ilədək uzadılıb.
Orenburq şəhərindən olan Zaur Şipilov tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur. O, 2025-ci ilin iyul ayında saxlanılıb. Şipilova Rusiya Federasiyası Cinayət Məcəlləsinin cinayət iyerarxiyasında ali mövqe tutmaqla bağlı maddəsi üzrə ittiham irəli sürülüb. Onun kriminal aləmdəki yolu xeyli əvvəl başlayıb: 27 yaşında Türkiyədə “taclandırıldıqdan” sonra Rusiya DİN-in aktiv “qanuni oğrular” siyahısına daxil edilib.
Şipilovun bioqrafiyası səs-küylü hadisələrlə sıx bağlıdır. Atası 2006-cı ildə Moskvada “qanuni oğru” Hikmət Muxtarova qarşı sui-qəsd zamanı öldürülüb. Zaur Şipilov özü isə əvvəllər Minussinsk həbsxanasında narkotik maddələrin saxlanmasına görə cəza çəkib və 2018-ci ildə azadlığa buraxılıb.
Xarici kriminal dairələrlə sıx əlaqələrinə baxmayaraq, Şipilov Rusiya vətəndaşıdır və bu da onun ekstradisiyasını mümkünsüz edir. “Polojenets” (nəzarətçi) statusu ilə bağlı məhkəmə prosesini gözlədiyi müddətdə o, istintaq təcridxanasında saxlanılmağa davam edəcək. Həbs müddətinin uzadılması barədə qərar hələ qanuni qüvvəyə minməyib.
Qeyd edək ki, Zaur Naxçıvanski Şakro Molodoyun istəyi ilə Rusiyadakı azərbaycanlı kriminal dairələrin başçısı seçilib.
09:59 / 14 Noyabr 2026
56
09:46 / 14 Noyabr 2026
68
09:30 / 14 Noyabr 2026
67
09:29 / 14 Noyabr 2026
95
09:23 / 14 Noyabr 2026
90
08:09 / 14 Noyabr 2026
1201
01:15 / 14 Noyabr 2026
158
00:40 / 14 Noyabr 2026
313
00:02 / 14 Noyabr 2026
1158
23:58 / 13 Noyabr 2026
163
23:49 / 13 Noyabr 2026
161
23:40 / 13 Noyabr 2026
168
23:28 / 13 Noyabr 2026
162
23:22 / 13 Noyabr 2026
155
23:17 / 13 Noyabr 2026
427
23:09 / 13 Noyabr 2026
184
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
334
22:53 / 13 Noyabr 2026
163
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
154
22:36 / 13 Noyabr 2026
177
22:18 / 13 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.