Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi
30 İyul 2026, 09:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
643
30.01.2026, 12:02
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib.
Oxu24.com məlumat verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub.
İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.
Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər.
Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. (Mənbə “Qafqazinfo”)
14:18 / 30 İyul 2026
1
13:59 / 30 İyul 2026
40
13:45 / 30 İyul 2026
48
13:42 / 30 İyul 2026
49
13:27 / 30 İyul 2026
52
13:16 / 30 İyul 2026
147
13:15 / 30 İyul 2026
59
13:12 / 30 İyul 2026
62
13:07 / 30 İyul 2026
299
12:59 / 30 İyul 2026
61
12:48 / 30 İyul 2026
571
12:45 / 30 İyul 2026
67
12:35 / 30 İyul 2026
65
12:30 / 30 İyul 2026
69
12:29 / 30 İyul 2026
323
12:16 / 30 İyul 2026
513
12:15 / 30 İyul 2026
70
11:54 / 30 İyul 2026
67
11:39 / 30 İyul 2026
75
11:21 / 30 İyul 2026
74
11:10 / 30 İyul 2026
84
11:05 / 30 İyul 2026
72
10:52 / 30 İyul 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.