DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2136
30.01.2026, 11:39
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq şübhəsi ilə həbs olunub.
"Report"un əldə etdiyi xəbərə görə, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperasiyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.
Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.
Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.
Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.
Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2 ci-(şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.
11:09 / 14 Noyabr 2026
1
11:00 / 14 Noyabr 2026
50
10:58 / 14 Noyabr 2026
62
10:46 / 14 Noyabr 2026
71
10:36 / 14 Noyabr 2026
69
10:17 / 14 Noyabr 2026
63
09:59 / 14 Noyabr 2026
84
09:46 / 14 Noyabr 2026
93
09:30 / 14 Noyabr 2026
86
09:29 / 14 Noyabr 2026
111
09:23 / 14 Noyabr 2026
107
08:09 / 14 Noyabr 2026
1441
01:15 / 14 Noyabr 2026
166
00:40 / 14 Noyabr 2026
320
00:02 / 14 Noyabr 2026
1239
23:58 / 13 Noyabr 2026
166
23:49 / 13 Noyabr 2026
164
23:40 / 13 Noyabr 2026
176
23:28 / 13 Noyabr 2026
173
23:22 / 13 Noyabr 2026
167
23:17 / 13 Noyabr 2026
440
23:09 / 13 Noyabr 2026
199
23:05 / 13 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.