Azərbaycanda baş vermiş ölüm hadisəsinin şok təfərrüatı üzə çıxıb.
Belə ki, bu ilin mayında İmişli rayonunun Cəfərli kəndində iş yerində ürəktutmasından öldüyü deyilən 4 qız anası Almaz xanımın əslində qətlə yetirildiyi məlum olub.
Oxu24.com xəbər verir ki, bu barədə Space TV-də jurnalist Amil Xəlilin təqdimatında yayımlanan "Gəl dərdini danış" sosial verilişində məlumat verilib. Ölən qadının yaxınları hadisə ilə bağlı danışarkən qeyd ediblər ki, Almaz rayonda şirə və içki istehsal olunan zavodda çalışırmış.Ölüm hadisəsi də orada baş verib. Yaxınlarının dediyinə görə zavodda işləyən Zülfüqar adlı şəxs avtomobillə Almazı vurub öldürdükdən sonra hadisəni gizlətmək məqsədi ilə bunu ürəktutması kimi qələmə veriblər.Yaxınları bunu mərhumun yalnız üç mərasimi zamanı təsadüfən kənd sakinlərindən eşidiblər. Bundan sonra ölən qadının yaxınları qəbirin açılmasını və meyitin ekspertiziya olunmasını tələb ediblər. Qəbir açılandan sonra məlum olub ki, qadının qabırğaları sındırılıbmış və ağciyəri dağılıb. Maraqlıdır ki, hadisəni törədən şəxs Zülfiqar adlı şəxs polisə ifadəsində bunu etiraf etsə sə, həbs olunmayıb. Onun hələ də azadlıqda gəzməsi ölən şəxsin yaxınlarını narahat edib.
Mövzu ilə bağlı geniş video materialı təqdim edirik:Günün digər xəbərləri: Azərbaycanlı məşhurun açıq-saçıq görüntüləri yayıldı: "Hamamda, yataqda..."+VİDEO21 yaşlı arvadını dayısı oğlu ilə bir otaqda tutdu və... - Azərbaycanda hər kəsi ŞOKA SALACAQ OLAYArvadından şübhələnib evə gizli kamera yerləşdirdi - Gördüklərinə inanmadı Oxu24.com
ŞƏRHLƏR