Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15137
az

21 yaşlı arvadını dayısı oğlu ilə bir otaqda tutdu və... - Azərbaycanda hər kəsi ŞOKA SALACAQ OLAY

10:5902 İyul, 2019
3853
KRİMİNAL
  • A
 



Bakıda qısqanclıq zəminində arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Səxavət Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Səxavət Babayev rәsmi nikahda olduğu arvadı, 1997-ci il təvəllüdlü Ləman Babayevanın dayısı oğlu Sabir Məmmədovla gəzməsi, intim əlaqədə olması, bu yolla ona xәyanәt etmәsindən şübhələnib.

Şübhələndi və 18 bıçaq vurdu

Bu məqsədlə Səxavət Babayev 6 sentyabr 2018-ci il tarixdә, saat 14 radәlәrindә qısqanclıq niyyәtilә arvadını xüsusi amansızlıqla öldürmәk qərarına gəlib.

Səxavət Babayev bu mәqsәdlә mәtbәxdən götürdüyü bıçaqla Ləmanın bәdәninin müxtəlif nahiyәsinә ardıcıl zәrbәlәr vurub. O, arvadına ümumilikdә 18 bıçaq xәsarәti yetirib.

Ləman Babayeva vaxtında xəstəxanaya yerləşdirildiyi, ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Səxavət Babayev isə polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

İstintaq orqanı tərəfindən Səxavət Babayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Heç bir səbəb olmadan evdən çıxdı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səxavət Babayev qeyd edib ki, 2015-ci ildәn 2016-cı ilәdәk Yasamal rayonu әrazisindә yerlәşәn mağazada satıcı işləyib vә hәmin mağazada kassada çalışan Ləmanla tanış olub. Nəticədə onların arasında sevgi münasibәtləri yaranıb: “2016-cı ildә rәsmi nikah bağlamaqla ailә qurmuşuq. Ailә qurduqdan sonra Yasamal rayonundakı ünvanını dәqiq xatırlamadığım mәnzildә kirayә yaşamışıq. Orada yaşadığımız müddәtdә Ləmanla münasibәtlәrimiz soyumağa başladı. Ləman heç bir sәbәb gәtirmәdәn iki dәfә axşam saatlarında yaşadığımız mәnzildәn çıxaraq anasının qardaşı Sadiqin vә onun ailәsi ilә birlikdә “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yaşadığı mәnzilә getdi”.

“Anasının yaşadığı mənzilə köçdük”

Səxavət Babayev bildirib ki, hansı sәbәbdәn Ləmanın evdən getməsini soruşub: “Ləman isə mənə bu barədə heç nə demədi. Yasamal rayonunda tәxminәn bir ilә yaxın yaşadıqdan sonra Ləman qardaşı Sakitlә birlikdә yaşamağı vә bu sәbәbdәn dә sonuncunun kirayә yaşadığı mәnzilә köçmәyi tәklif etdi. Onun tәkidilә biz hәmin ikiotaqlı mәnzilә köçdük. Hәmin mәnzildә bizdən başqa, Ləmanın valdeynləri və dayısı, dayısının subay oğlu yaşayırdı. Mәnzilin bir otağında biz, digər otağında isə onlar məskunlaşmışdılar”.

“Mənə dayısı oğlu ilə xәyanәt etmәsindən şübhәlәndim”

Səxavət Babayevin ifadəsinə görə, həmin mәnzilә köçdükdәn sonra sәhәr işә gedib, axşam saat tәxminәn 23 radәlәrindә yaşadığı mәnzilә qayıdıb: “Hәmin müddәtdә Ləmanın dayısı oğlu onun kimi işә sәhәr tezdәn gedib, axşam saatlarında qayıtsa da, bir müddәt sonra o, işini dәyişdirib, gecә növbәsindә işlәmәyә başlayıb. Sabir gecә növbәsindә işә getmәsi sәbәbindәn yaşadığı mәnzilә sәhәr saatlarında qayıdıb, axşam vaxtına kimi mәnzildә olub. Həmin müddətdə gündüz saatlarında həyat yoldaşım da mənzildə tək qalıb. Onların bir neçә dәfә mәnzildә tәk qalmaqları mənə pis tәsir etmәyә başladı. Buna görə də mənə dayısı oğlu ilə xәyanәt etmәsindən şübhәlәndim”.

“Xәyanәt etmәsi şübhәlәrimi daha da artırdı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Ləmana qarşı qısqanclıq hisslәri yaranmağa başladığından artıq münasibәtlәri bir qәdәr dә soyuyub: “Dәfәlәrlә Ləmana yalnız ikimizin yaşayacağı mәnzilә köçmәk istәdiyimi tәklif etsәm dә, o, mənimlə razılaşmadı. Ləmanın digәr mәnzilә köçmәk istәmәmәsi xәyanәt etmәsi şübhәlәrimi daha da artırdı”.

“Sevgi mәzmunlu mәtnin peyda olduğunu gördüm”

Təqsirləndirilən şəxs deyib ki, tәxminәn iyul ayının sonlarında övladı dünyaya gәlib, avqust ayının sonları, ya da sentyabr ayının әvvәllәrindә yaşadıqları mәnzilin sahibi mәnzili satmaq istәdiyini bildirib: “Bu səbəbdən biz yeni mәnzil axtarmağa başladıq. Mən Ləmana anası və onun ailə üzvləri ilə eyni mәnzildә yaşamaq istәmәdiyimi bildirmәyimә baxmayaraq, Ləman mənimlə razılaşmadı. Bir müddәt sonra Ləman və onun anası, ailəsi, qardaşı və ailəsi ilə bilikdə yeni, 3 otaqdan ibarәt kirayә evə köçdük. Bir dәfә dәqiq xatırlamadığım tarixdә Ləmanın istifadә etdiyi telefonuna baxan zaman telefonun “Mesaj” bölümünә daxil oldum. Telefonun “kopya edib yerlәşdirmә” funksiyasını tәtbiq edәndә ürәk işarәsinin әmәlә gәldiyini, bir dәfә dә eyni funksiyanı tәtbiq edәndә orada sevgi mәzmunlu (mәzmunun açıqlamaq istәmәdәyi) mәtnin peyda olduğunu gördüm. Bunu gördükdә, Ləmanın mənə xәyanәt etmәsi şübhәlәrimi daha da güclәndirdi”.

“O, “açıq-saçıq” hesab etdiyim paltarını geyindi”

Səxavət Babayevin sözlərinə görə, 2018-ci il sentyabrın 6-da sәhәr saatlarında yuxudan oyanıb: “Hәmin vaxt mәnzildә məndən başqa, Ləmanın ailə üzvləri var idi. Bundan bir gün əvvəl isə Ləman rəfiqəsigildə qalmışdı, onu evə dayısı oğlu Sabir gətirmişdi. Evdə olduğum vaxt Ləman məni sevmәdiyini söylədi. Sonra o, “açıq-saçıq” hesab etdiyim paltarını geyindi, Sabirin olduğu qonaq otağına keçdi. Sonra ondan həmin paltarı dəyişməsini tələb etdim. Ləman isə sözlərimə əhəmiyyət vermədi. Yenə də eyni paltarda Sabirin olduğu otağa qayıtdı. Bu məndə yenә dә qısqanclıq hisslәrimi güclәndirdi. Bu səbəbdən Ləmanla mübahisə etdim, bizim mübahisəmizə anası müdaxilə etdi”.

Səxavət Babayev daha sonra ifadəsində qətl hadisəsindən, sonra Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə gedərək təslim olmasından danışıb.


{banner_reklam}


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səxavət Babayev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Səxavət Babayev apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 29, 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilməsini istəyib.

Səxavət Babayevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Əmir Bayramovun icraatında araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Səxavət Babayevin şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı