Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15074
az

Dünya çempionu Bakıda ağır qəza törətdi - Xəstəxanalıq oldu

09:0630 İyun, 2019
1345
KRİMİNAL
  • A
 Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzası törədib.

"Report" xəbər verir ki, idmançı "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.


F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat edilib.

Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.  
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda dəhşət: 75 yaşlı kişi başı kəsilərək qətlə yetirildi