Qaynar xətt:

(+99450) 247 90 86

Sabirabadda iki avtomobili toqquşdu - Ölən və yaralananlar var

2019-06/1561787091_09-42-32-935d168f83d4876.png

KRİMİNAL

657

29.06.2019, 10:04

\"\"  Sabirabadda ağır yol qəzası olub.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Horadiz yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Bakının Səbail rayon sakini İbadov Sücəddin Alış oğlu hadisə yerində ölüb. Ailənin digər üzvləri, 1981-ci il təvəllüdlü İbadova Vəsilə Sabir qızı və 1973-cü il təvəllüdlü İbadov Samir Sücəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.