Qaynar xətt:

(+99450) 247 90 86

Polis bu şəxsin yaxınlarını axtarır - FOTO

Polis bu şəxsin yaxınlarını axtarır - FOTO

KRİMİNAL

1646

07.05.2018, 18:04

\"\" Bakıda danışıq qüsurlu şəxs tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, mayın 7-də Səbail rayonu ərazisindəki M.F.Axundov adına parkda bir nəfərin köməksiz vəziyyətdə olması barədə vətəndaşlar polisə məlumat veriblər.  Həmin şəxs polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilib. Danışığı qüsurlu olduğu və heç nəyi xatırlamadığı üçün o, özü və yaxınları haqqında məlumat verə bilməyib. 
Polis Bölməsində ona ilkin tibbi yardım göstərlib və F.Əfəndiyev adına 2 saylı Kliniki Xəstəxanaya yerləşdirilib. Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 437-02-02 (Səbail RPİ) və 492-02-02 (9-cu PB) nömrələrinə zəng vurmaları xahiş olunur.