Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1478
az

Bələdçi ərəb turistlərin başına oyun açdı - Bakıda qəribə olay

14:1607 May, 2018
1061
KRİMİNAL
  • A
Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən əcnəbi vətəndaş Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq edildiyini bildirib.

DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, dərhal Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprelin 30-u axşamdan mayın 1-i səhərədək olan müddətdə orada yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyən edilib. Məlum olub ki, o, evdə heç kimin olmadığını bilərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb. Mobil telefon maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Əcnəbi vətəndaşlar onların müraciətlərinə dərhal reaksiya verilməsinə və operativliyə görə polis əməkdaşlarına təşəkkür ediblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu