"Bandotdel"in tutduğu şəxsi Mehdiyevin qızı ilə nə BAĞLAYIR?
14 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
671
11.12.2025, 14:35
Xəzər Universitetinin sabiq rektoru İradə Xəlilovanın qızının 57 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mikayıl Əliyevin məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mikayıl Əliyev 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Mikayılın cinayət məsuliyyətinə cəlb edilməsi üçün ilkin ərizə sabiq rektor İradə Xəlilova tərəfindən verilsə də, o, məhkəmə iclaslarına gəlməyib. Hakim Aygün Qurbanova tərəflərin razılığı ilə onun polis idarəsində müstəntiqə verdiyi ifadəsini elan edib.
Qeyd edək ki, zərərçəkmiş Aygün Xəlilova ilə Mikayılın yaxın tanışlıq münasibəti olub. Aygün onun bir sıra şəxslərə borclu olduğuna və borcu ödəmədiyi təqdirdə həbs olunacağına inanıb. Bu səbəbdən qaytarmaq şərti ilə ümumilikdə 57 min 600 manat dəyərində qızıl-zinət əşyalarını-o cümlədən 30 min manatlıq “Van Cleef & Arpels” markalı bir cüt sırğanı və digər qızılları lombarda qoyaraq pul götürməsi üçün ona verib. Lakin Mikayıl həmin qızılları geri qaytarmayaraq rektorun qızına qarşı dələduzluq edib. Aygün və anasının şikayətindən sonra Mikayıl həbs edilib.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.