TƏCİLİ! Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü
10 Avqust 2026, 02:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
597
28.10.2025, 13:20
Azərbaycanda 300-ə yaxın şirkətə rəhbərlik edən iş adamı Mehman Alməmmədov və onunla birlikdə ittiham edilən İlahim Mehralıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Mehman Alməmmədov 10 il 3 ay, İlahim Mehralıyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, hər iki şəxs 3 il müddətə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilib.
Təqsirləndirilən hər iki şəxsə ittiham olunduqları Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) maddəsi ilə bəarət verilib. Həmçinin Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsinin məsuliyyətə cəlbetmə müddəti bitdiyi üçün cəza təyin edilməyib.
Xatırladaq ki, bir qrup şəxsin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitini leqallaşdırması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İttihama görə, istintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrumetmə növündə cəzaçəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC, “Klassik Trade Group" MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin rəhbəri olub.
Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.
Mehman Alməmmədov bir neçə il əvvəl paytaxt ərazisində quldurluq cinayətinə məruz qalıb. Ona hücum edən şəxs 190 min manatını götürərək qaçıb.
02:32 / 10 Avqust 2026
1
01:11 / 10 Avqust 2026
34
23:34 / 09 Avqust 2026
56
23:06 / 09 Avqust 2026
70
23:06 / 09 Avqust 2026
69
22:17 / 09 Avqust 2026
73
21:27 / 09 Avqust 2026
75
20:42 / 09 Avqust 2026
78
20:24 / 09 Avqust 2026
101
19:49 / 09 Avqust 2026
92
19:14 / 09 Avqust 2026
84
18:40 / 09 Avqust 2026
130
14:30 / 09 Avqust 2026
100
13:55 / 09 Avqust 2026
93
13:31 / 09 Avqust 2026
456
13:30 / 09 Avqust 2026
104
13:10 / 09 Avqust 2026
108
12:30 / 09 Avqust 2026
108
12:24 / 09 Avqust 2026
560
12:13 / 09 Avqust 2026
113
12:06 / 09 Avqust 2026
187
12:04 / 09 Avqust 2026
1375
12:02 / 09 Avqust 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.