Bir ailənin 4 üzvü qidadan zəhərlənib
16 Noyabr 2025, 17:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
494
28.10.2025, 10:08
5 il əvvəl qardaşı tərəfindən qətlə yetirilən Şəmsəddin Kərimovun ("Baron Şəmi") borcu oğlu Niyaməddin Kərimovun əmlakına yönəldilib.
Oxu24.com xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.
Belə ki, ərizəçi, mərhum Ş.Kərimovun bacısı oğlu olan Ramil (soyadı açıqlanmır - red.) müraciət edərək bildirib ki, 25 dekabr 2019-cu ildə Şəmsəddin Kərimov xeyirli bir kommersiya işi olduğunu bildirərək onu Masallıya dəvət edib. Görüşüb söhbət edərkən iri partiya ov silahları və onun sursatlarını Türkiyə və Rusiyadan gətirdəcəyini, yaxşı xeyir götürəcəklərini bildirərək, bunun üçün 120 000 manat pul lazım olduğunu bildirib. O, vəd edib ki, 6 aya həmin pulu qaytarmaqla, üzərində 30 000 manat da xeyir verəcək. O günə qədər aralarında etibar olduğu və Şəmsəddin həmişə verdiyi sözü tutduğu üçün razılaşıb, elə həmin gün axşam pulu Şəmsəddinə verib. Bu zaman o, 1 iyun 2020-ci ildə verdiyi pulu və üstündə 30 000 manat xeyri qaytaracağını bildirib və ayrılıb gedib. Sonradan Şəmsəddinlə görüşləri olub və hər dəfə ona bildirib ki, narahat olmağa dəyməz. 2020-ci ilin fevral ayının 27-də məlum olub ki, Şəmsəddin qardaşı Nurəddin tərəfindən qətlə yetirilib.
O, Masallıya gedərək yas məclisində iştirak edib, mərhumun oğlu Niyaməddinlə görüşüb. Başsağlığı verib və yeri olmasa da deyib ki, atasının ona 120000 manat borcu var. Cavabdeh bildirib ki, hüzrdən sonra görüşüb söhbət edərlər. 15 may 2020-ci ildə 2 nəfər yaxın bildiyi şəxslərlə - "BMW X7" və "BMW X6" ilə Niyaməddinin işlətdiyi ovçular mağazasına gediblər. Niyaməddin söhbət zamanı bildirib ki, atası Şəmsəddinin ona 120 min manat borcu olduğunu bilir. Lakin atasının qətlə yetirilməsi səbəbindən hazırda həmin pulu qaytarmaq imkanı yoxdur. Söz verib ki, 01 sentyabr 2021-ci il tarixə kimi həmin məbləği tam olaraq qaytaracaq.
Həmin vaxt bu razılaşma barəsində bir akt da yazıb imzalayıb, razılaşaraq ayrılıblar.
Həmçinin oxuyun
01 sentyabr 2021-ci il tarix çatsa da, Niyaməddin imkansızlığı bəhanə gətirərək pulu qaytarmayıb. Bir neçə dəfə bununla əlaqədar aralarında narazılıqları olub. Nəhayət, 21 iyun 2025-ci ildə Niyaməddinin mağazasına gedib pulu istəyərkən, onu öldürəcəyi ilə hədələyib, təhqir edib və həyətdən qovub. Ərizəçi naəlac qaldığından ərizə ilə Rayon Polis İdarəsinə müraciət edib. 10 iyul 2025-ci il tarixdə ərizəsi üzrə cinayət işi başlanması rədd edilib və ona məhkəməyə pul tələbi haqqında iddia verməsi izah edilib.
Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirib ki, iddianı qismən qəbul edir. Belə ki, o, borcundan 20 000 manatı iddiaçıya ödəyib, qalan pulu isə ödəyəcək.
Məhkəmənin qərarı ilə cavabdehdən 100 000 manat məbləğində borc iddiaçının xeyrinə tutulub.
Həmin məbləğin ödənilməsi üçün Niyaməddinin istifadəsində olan ovçuluq ləvazimatları mağazasının hərraca çıxarılmasına qərar verilib.(oxu.az)
17:49 / 16 Noyabr 2025
82
17:27 / 16 Noyabr 2025
63
17:16 / 16 Noyabr 2025
104
16:59 / 16 Noyabr 2025
68
16:57 / 16 Noyabr 2025
259
16:49 / 16 Noyabr 2025
888
16:32 / 16 Noyabr 2025
211
16:11 / 16 Noyabr 2025
8345
16:04 / 16 Noyabr 2025
168
16:02 / 16 Noyabr 2025
56
15:32 / 16 Noyabr 2025
208
15:01 / 16 Noyabr 2025
973
14:55 / 16 Noyabr 2025
140
14:20 / 16 Noyabr 2025
102
14:07 / 16 Noyabr 2025
424
14:02 / 16 Noyabr 2025
75
13:40 / 16 Noyabr 2025
1495
13:38 / 16 Noyabr 2025
80
13:34 / 16 Noyabr 2025
92
12:58 / 16 Noyabr 2025
604
12:34 / 16 Noyabr 2025
371
12:28 / 16 Noyabr 2025
99
12:01 / 16 Noyabr 2025
210
11:46 / 16 Noyabr 2025
252
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.