Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
09 Oktyabr 2026, 14:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1547
27.10.2025, 22:19
Soyuq dekabr günü, gecə saatlarında yaşlı bir Ağdaş sakini Kür çayının kənarı ilə gedərkən görür ki, çayla asta-atsa nə üzür. Yaşlı kişi naməlum obtektdən şübhələnir, yaxınlaşanda onu meyitə oxşadır. Naməlum obyekt çayın sahilinə yaxın üzdüyündən kişi çomaqla onu kənara çəklir və görür ki, həqiqətən də meyitdir. Həmin yaşlı kişi meyiti dartıb sahilə çıxarır. Bəlkə də başqa bir adam olsaydı, meyitdən qorxardı. Həmin kişi isə təsadüfən mürdəşir idi və o meyiti nəinki yaxından, uzaqdan da tanıyırdı. Mürdəşir kişi meyitini sahilə çıxarıb ətrafdakı adamlara xəbər salır. Beləcə hüquq mühafizə orqanlarına xəbər yetirilir.
Müstəntiq və ekspert meyitə baxış keçirir.
Ekspert müəyyən edir ki, meyit təxminən 2 aydıır ki, sudadır… Bəlkə də Kür çayı ilə neçə-neçə rayonlardan keçib Ağdaşa çatıb… Bəlkə də Kürə də başqa bir çaydan axıb gəlib… Çünki 2 ay az vaxt deyildi. Məsələ bu idi ki, meyit təsadüfən ölən şəxsə aid deyildi… Ekspert deyirdi ki, həmin şəxsə əvvəlcə pnevmatik tapançadan atəş açılmışdı, daha sonra 117 bıçaq zərbəsi endirilmişdi…
İlk baxışdan da bəlli idi ki, meyitinin kimliyinin müyyən edilməsi çətin olacaq. Çünki meyit demək olar ki, çürümüşdü. Onun barmaq izlərimin götürülməsi də asan olmayacaq. Çürümüş, dərsi soyulmuş barmaqdan kimlyin müəyyən edilməsi də həmin zaman Azərbaycanda mümkün deyildi. Bu, yalnız Moskvada mümkün idi.
Meyitin üzərində aparılan ilkin baxış zamanı onun cibindən bir lotereya bileti tapılır. Biletin üzərində kiməsə məxsus əl yazısı diqqət çəkirdi. Biletin üzərindəki nömrələr qeydə alınır və həmin nömrə üzrə məlumat almaq üçün Daxili İşlər Nazirliyinə göndərilir. Az əvvəl qeyd etdiyimiz kimi meyitin barmaq dərisi suda qalma nəticəsində soyulmuş, bu da daktiloskopik ekspertizanı mümkünsüz eləmişdi.
Müstəntiq Bəhram Feyzullayevin ilkin fərziyyələrindən biri öldürülən şəxsin kriminal aləmə mənsub olması ilə bağlıdır. Bunun üçün də barmaq izlərinin götürülməsi işin üstünü birbaşa açacaqdı. Çünki indi şəxsiyyət vəsiqəsi yenilənəndə, hər kəsin barmaq izi götürülr. Həmin zaman isə Azərbaycanda yalnız cinayətkarların və bu dünyaya məxsus şəxslərin barmaq izləri götürülürdü. Müstəntiqin fərziyyəsi düz çıxardısa, yəni bu şəxs doğrudan da kriminal aləmə məxsus şəxsdirsə, o, hansı kriminal münaqişədə öldürülübsə, demək onun barmaq izi dövlətdə var. Bunun üçün meyitin barmaq izi nəyin bahasına olur-olsun, təyin olunmalı idi.
Həmin dövrdə Moskvada fəaliyyət göstərən ekspertiza institutunda isə hətta çürümüş əlin hissələrindən belə barmaq izlərini müəyyən etmək mümkün idi. Ekspertlər məsləhət verir ki, əgər meyit çürümədən Moskvadakı ekspertiza bürosuna çatdırılsa, barmaq izlərinin bərpası mümkün olar. Məhkəmə-tibbi ekspertlərin tövsiyəsi ilə meyitin əlləri kəsilərək spirtə salınır və ekspert Fərux Heydarovun vasitəsilə gecə saatlarında Moskvaya yola salınır…
20:12 / 09 Oktyabr 2026
20
20:01 / 09 Oktyabr 2026
36
19:49 / 09 Oktyabr 2026
52
19:38 / 09 Oktyabr 2026
59
19:25 / 09 Oktyabr 2026
74
19:20 / 09 Oktyabr 2026
75
19:15 / 09 Oktyabr 2026
61
19:08 / 09 Oktyabr 2026
65
18:59 / 09 Oktyabr 2026
63
18:50 / 09 Oktyabr 2026
68
18:46 / 09 Oktyabr 2026
77
18:35 / 09 Oktyabr 2026
74
18:22 / 09 Oktyabr 2026
115
18:21 / 09 Oktyabr 2026
78
18:10 / 09 Oktyabr 2026
77
17:55 / 09 Oktyabr 2026
84
17:47 / 09 Oktyabr 2026
100
17:39 / 09 Oktyabr 2026
122
17:36 / 09 Oktyabr 2026
497
17:23 / 09 Oktyabr 2026
89
16:59 / 09 Oktyabr 2026
136
16:55 / 09 Oktyabr 2026
134
16:40 / 09 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.